Dünən Naxçıvan şəhərində “VII Liderlik Məktəbi - Nəqşicahan”nın açılış mərasimi keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı layihənin açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev, Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayev və ATGTİ-nin sədri Şahin İsmayılov iştirak edib.
İlk olaraq açılış nitqi ilə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov “Nəqşicahan” layihəsinin məqsədi və onun əhəmiyyəti barəsində məlumat verib.
Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edib və ATGTİ-nin reallaşdırdığı liderlik məktəbi layihəsinin gənclərin ictimai-siyasi həyata qoşulmasında əhəmiyyətindən və dövlət gənclər siyasəti haqqında danışıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək dövlət gənclər siyasətində tələbə gənclər təşkilatlarının (TGT) əhəmiyyətli rol oynadığını bildirib və ATGTİ-yə buna görə təşəkkür edərək “VII liderlik Məktəbi - Nəqşicahan”nın iştirakçılarına uğurlar arzulayıb.
Mərasimin sonunda dövlət rəsmilərinin iştirakı ilə “VII Liderlik Məktəbi - Nəqşicahan”ın komandalarına (Gülüstan, Nuh Yurdu, Möminə Xatun və Qarabağlar) bayraqlar təqdim olunub.
Gün.Az