Marsda koloniya qurmaq üçün işə başlayan Hollandiyanın “Mars One” adlı şirkəti qırmızı planetə getmək istəyənlərin müraciətlərinə baxmağa başlayıb.
18 yaşına çatmış, ağıllı və sağlamlıq vəziyyəti yaxşı olan hər kəsin Marsda koloniya qura biləcəyi və qabaqcıl şəxslər arasında yer ala biləcəyi bildirilib.
Namizədlər özlərini tanıtmaq üçün videoreportaj təqdim edəcəklər və məqsədlərini açıqlayacaqlar.
“Mars One”-nin maraqla qarşılanan layihəsinə yüz mindən çox müraciət olub. Onların arasında biri qadın olmaqla 11 türk var.
Yaşları 19-34 arasında dəyişən və sadəcə adlarından istifadə edərək qeydiyyatdan keçən türk namizədlərin bu səfərdə iştirak edib etməyəcəyi hələ ki məlum deyil.
8 il təhsil aldıqdan sonra 2022-ci ilin sentyabr ayına planlaşdırılan Mars yolçuları 7 aylıq səyahətdən sonra hədəflərinə çatacaqlar. Onların heç biri geri qayıda bilməyəcək. Yüz min müraciətin 30 mini ABŞ-dan edilib.
2013: Müraciətlərə baxılır.
2016: Yanvardan etibarən Marsa təxminən 2.5 ton yemək göndəriləcək.
2018: Marsda koloniyalaşacaq ən yaxşı yerləri tapmaq üçün kəşfiyyat qurğusu göndəriləcək.
2021: Mars koloniyasının hazırlanması. “Mars One” bütün modulların 2021-ci ildə seçilmiş ərazidə qurulmasını planlaşdırır.
2022: Mars koloniyası üçün son hazırlıqlar. Bütün oksigen, su və süni atmosfer 2022-ci ilə qədər hazır hala gətiriləcək. İlk astronavt qrupu həmin ilin sentyabrında Marsa doğru yola çıxacaq.
2025: Yeni qruplar gələcək. İkinci “Mars One” astronavt qrupu 2025-ci ilin iyununa qədər digərlərinə qatılacaq.
publika.aZ