Çinin Harbin şəhərində möhkəm mübahisə edən cütlük eyvandan aşağı düşüblər.
Binanın beşinci mərtəbəsində eyvanda mübahisə edən cütlük təsadüfən yıxılıblar. Lakin sağ qalıblar.
Belə ki, qadın yıxılıb, kişi isə onu tutmaq üçün əyiləndə qadının ağırlığı ilə o da yıxılıb. Lakin onlara köməyə qonşu gəlib. Sonra qonşuya daha iki sakin qoşularaq cütlüyü xilas ediblər.
Xilasetmə əməliyyatı 20 dəqiqə çəkib. Bütün hadisə isə video kameralara çəkilib.
Video
www.publika.az