Şeyx dünyanın ən böyük yaxtasının sahibi oldu
13.8.2013

Dünyanın ən böyük yaxtası Azzamın sahibi Birləşmiş Ərəb Əmirliklərinin prezidenti, şeyx Xəlifə ben-Zaida Al Nahayyna olub.
Almaniyanın Lurssen firması tərəfindən tikilmiş yaxtanın uzunluğu 180 metrdir. Bundan qabaq rekordçu Roman Abramoviçin yaxtası idi ki, onun uzunluğu 162.5 metr idi. Yaxtanın qiymətinin təxminən 468 milyon avro olduğu deyilir. Onun daxili dizaynı ilə isə fransız dizayner Kristof Leoni məşğul olub. Yaxtada gücü 94 min at gücünə bərabər motor quraşdırılıb.

publika.az