Bakının Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Təmir işləri ilə əlaqədar bu gün saat 16:00-dək “Albalılıq” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Albalılıq ərazisi və Binə qəsəbəsinin Atçılıq adlanan yaşayış sahəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
ANS PRESS