Boksçumuz ermənini rinqdən çıxartdı
14.8.2013

Hollandiyanın Rotterdam şəhərində təşkil olunmuş gənclər arasında boks üzrə Avropa birinciliyinə start verilib. Beynəlxalq dərəcəli turnirdə 38 ölkənin 249 idmançısı qələbə uğrunda vuruşub. Millimiz yarışda baş məşqçi Şamil Əlimcanovun rəhbərliyi altında çıxış edir.

Turnirin ilk günü rinqə 3 boksçumuz çıxıb. Onlar görüşlərini qələbə ilə başa vurub. 56 kq çəki dərəcəsində çıxış edən Nəsrəddin Məmmədov İsveçrə nümayəndəsi Əhməd Altintası medaldan məhrum edib. Məmmədov 1/8 finalda Çexiyanı təmsil edən Erik Aqatelyanla üz-üzə gələcək.

Valeh Ramazanov da (60 kq) Avropa birinciliyinə uğurla ilə başlayıb. Belə ki, boksçumuz belaruslu Miko Xaçatryan üzərində uğurlu qələbə əldə edib. Millimizin üzvü 1/8 finalda Bosniya və Hersoqovina idmançısı Adem Fetahoviçlə görüşəcək.

Yığmamızın liderlərindən olan Rahil Məmmədli də (81 kq) ilk görüşdə qələbə qazanıb. Təmsilçimiz Gürcüstan təmsilçisi Georgi Georqadzedən üstün olub. Təmsilçimiz 1/8 finalda türkiyəli Rəsul Kuçukla üz-üzə gələcək. Avropa birinciliyində Rövşən Hüseynov ölkəmizi hakim qismində təmsil edir.

Qeyd edək ki, idmançımız Münasib Məmmədov Belarusu təmsil edən erməni Anton Naxnakoy üzərində inamlı qələbə qazandı.

Bu gün daha 4 boksçumuz rinqə çıxacaq.

91+kq. Məhəmmədəli Tahirov – Aurelian Turkanu (Rumıniya)

69 kq. Hidayət Musayev – Konstantin Xustani (Gürcüstan)

49 kq. Münasib Məmmədov – Anton Naxnakoy (Belarus)

75 kq. Nəbi Bağırov – Mike Steffensen (Danimarka)

publika.az