Azərbaycan beynəlxalq festivalda “Miras” filmi ilə təmsil olunacaqdır
1.8.2011

Avqustun 2-dən 6-dək Çernoqoriyanın Hersoq-Novi şəhərində 25-ci Beynəlxalq Hersoq-Novi-Monteneqro film festivalı keçiriləcəkdir. 32 ölkənin 34 filminin əsas mükafatlar uğrunda mübarizə aparacağı kinofestivalın müsabiqə bölməsində Azərbaycanı rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi təmsil edəcəkdir. Beynəlxalq sənət yarışmasında Azərbaycan ilə yanaşı, ABŞ, Kanada, İtaliya, İspaniya, Çexiya, Polşa və digər ölkələrin kino məhsulları da nümayiş olunacaqdır.
Xatırladaq ki, “Miras” sənədli filmi bir çox beynəlxalq müsabiqələrdə uğur qazanmışdır.
Rejissor Fariz Əhmədov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə təhsil alır. Filmin ssenari müəllifi Esmira Əyyub, quruluşçu operatoru Fərid Bağırovdur. Bu ekran əsəri 2010-cu ildə “Bir addım” studiyasında istehsal olunmuşdur.