Prezident İlham Əliyev Qobustan muzeyinin açılışında iştirak edib
27.12.2011

Dekabrın 26-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan muzeyinin açılışında iştirak ediblər. Əvvəlcə dövlət başçısı və xanımı muzeyin tikintisini və hazırkı vəziyyətini, Qobustan Tarix-Mədəniyyət və Landşaft Qoruğunun şəhərsalma layihəsini, eləcə də muzey və inzibati binanın ərazidə yerləşmə planını əks etdirən fotostendlərlə tanış olublar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin rəmzi açılışını bildirən lenti kəsdilər. Sonra dövlətimizin başçısı və xanımı muzeyin eksponatlarına baxıblar.
Daha sonra Azərbaycan prezidenti və xanımı Qobustan Tarix-Mədəniyyət və Landşaft qoruğunun şəhərsalma layihəsi ilə bağlı videoçarxı izləyiblər.