Xoşbəxt olmaq üçün nə etməli?
“Pozitiv düşün, pozitiv olsun” ifadəsini eşitməmiş olmarsınız. Pozitiv düşünərək xoşbəxt olmağı diləmək haqqında bir çox kitab yazılıb. İndi sizə xoşbəxt olmağın yollarından bəhs edəcəyik. Bunlardan heç olmasa bir neçəsini sınaqdan keçirin, peşman olmayacaqsınız.
Sevdiyiniz insanlar üçün gözəl şeylər edin. Məsələn, böyük plakat, ya da kiçik qeydlərə yazılmış xoş sözlər hər kəsin üzündə təbəssüm yaradır. Onun xoşbəxt olması, sizi də xoşbəxt edəcək.
Geyimlərinizi nə qədər çox açıq və əlvan rənglərdə seçsəniz, əhvalnız da ona görə dəyişəcək. Bütün günü qara geyinib qara-qara düşünməyin. Dolabınızı bəyəndiyiniz çiçək şəkilli, çəhrayı, yaşıl rənglərlə doldurun. Rəngli geynimək xoşbəxtliyə aparan yoldur. Fikir vermisinizsə, pozitiv insanlar çox zaman əlvan rənglərə üstünlük verir.
Həyatınızda nə baş versə də, gülümsəməyi unutmayın. Güımək həm ürəyi qoruyur, həm də stressi az da olsa, uzaqlaşdırır. Həyatınızda gərgin və pis hadisələr ola bilər. Lakin hər şeyi silib yenidən başlamaq üçün həmişə çıxış yolu tapılır. Bunu qətiyyən unutmayın.
Evlilik üzrə mütəxəssis John Gottman qeyd edir ki, mübahisə etdiyiniz vaxt, onunla problemsiz keçirdiyiniz vaxtın ancaq 7/1-ni təşkil edirsə, evlilik həyatınız qaydasındadır.
Tv-ni söndürün və bir az kitab oxuyun. TV –yə baxmaq yerinə, kinoya ya da teatra gedin. TV qabağaında tək keçirdiyiniz saatları dostlarınızla əyləncəli kino seanslara xərcləyə bilərsiniz.
Özünüzə hərdən hədiyyə alın. Uğur əldə edəndə özünüzü hədiyyələrlə sevindirin.
Klassika, caz, blues, rok müsiqisi dinləyərək beyinizi sakitləşdirə bilərsiniz.
Bestsellerlərdən nifərt etsəniz belə, məlumatlı olmaq üçün birini oxuyun.
İş seçərkən sahib olduğunuz istedadınızı və bacarıqlarınızı nəzərə alın. Sonra da bu işə nə qədər uyğun olduğunuza qərar verin. Sizin üçün nəyin önəmli olduğuna qərar verin. Çox işlədiyiniz yox, necə işlədiyiniz daha vacibdir.
Müsbət düşünün və bunun üçün sizə yardım edən kitablar oxuyun. İlk baxışda sizə qəribə gəlsə də, sınaqdan keçirməkdən zərər gəlməz.
Yoqa, ya da platesə başlayın. Bunlar nəfəs texnikasını öyrənməyə yardım edəcək. Gün ərzində daha az əsəbiləşəcəksiniz.
Bütün diqqətinizi beyninizin mərkəzinə, yəni gözlərin tam ortasına verin. Ruhun həqiqi yuvasına... Bu məşq yoqa fəlsəfəsinə görə, ölümsüzlük mənasını verən “3-cü gözünüzü” açacaq.
Meyvə suyu sıxan alın və həftədə 3 dəfə təzə meyvə suyu için.
Hər saat su için. Su həm dərini qoruyur, həm də sizi günəşdən qoruyan ən vacib içikidir.
Publika.Az