Mövsümün favori detallarından biri də bol ətəklərdir. Bu ətəklər qadınları həm dəbli, həm də şirin göstərir. Məktəb illərini xatırladan bol ətək modelləri xüsusən də gənc qızların ürəyincə olacaq.
Hər bir xanım öz zövqünə uyğun olan modeli tapa biləcək. Bu ətəklərin üstünlüyü ondadır ki, arıq, kök, uzun və qısa boylu qadınlar da rahatlıqla geyinə bilər.
Siz də gündəlik və xüsusi günlərdə bol ətək modellərində istifadə edə bilərsiniz. Ətəkləri kombinasiya etmək də çox asandır. İdman və klassik üslubda olan köynəklərə kombinasiya etsəniz, çox gözəl və zövqlü görünəcəksiniz.
Publika.Az