Yanvarın 25-26-da Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı püşkatma keçiriləcək.
Püşkatmada təmsilçi ölkələrin mayın 22-si və 24-də keçiriləcək iki
yarımfinalın hansında çıxış edəcəkləri müəyyənləşəcək. Həmin müddətə
kimi “ESC -2012”də iştirak edəcək ölkələrin siyahısı müəyyənləşəcək.
Hər il püşkatma mərasimində təmsilçi ölkələrin nümayəndə heyətlərinin
rəhbərləri iştirak edir. Bu proses “Eurovision.tv” və bir neçə
televiziya kanalı ilə canlı yayımlanır. Ölkələrin sıra nömrələri ilə bir
müddət sonra keçiriləcək növbəti püşkatma nəticəsində məlum olacaq.