Məşhur rejissor 69 yaşında ata olub
15.8.2013

“Star Wars” (“Ulduz Müharibələri”) filmlərinin yaradıcısı olan məşhur rejissor Corc Lukas 69 yaşında ata olub.

Rejissor bu günə qədər iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşından övladı olmadığı üçün övladlığa üç uşaq götürüb.

C.Lukas bir neçə il əvvəl isə Mellody Hubson adlı qadınla evlənib. 2006-cı ildən bəri birlikdə olan cütlüyün bu günlərdə qızları dünyaya gəlib. Everest Hubsan Lucas adlı qız jurnalistlərin diqqət mərkəzindədir. Məşhur rejissor yeni doğulmuş qızını digər övladlarından ayırmayacağını deyib.

Xatırladaq ki, C.Lukasın yaşları 32, 25 olan iki qızı və 20 yaşlı bir oğlu var.

ANS PRESS