“The Daily mail” qəzetinin yazdığına görə, artıq ikinci ildir ki, Harri və Ameliya adları İngiltərə və Uelsdə yeni doğulmuş körpələr üçün ən populyar adlar arasında birinci yeri tutur.
İngiltərə və Uelsdə doğulan oğlan uşaqları üçün ikinci populyar ad Məhəmməddir. Bu müsəlman adı müxtəlif variasiyalarda işlənir: Muhammad, Mohammed və Muhamməd.
Londonda bu ad ən populyar ada çevrilmişdir. Şimal-şərqə gəldikdə isə, orada hələ ki, Cek liderlik edir, uelsli valideynlər isə İakova üstünlük verirlər.
Mia və İsla ən populyar qız adları siyahısında vaxtilə Britaniyada geniş yayılmış Rubi və Qreys adlarını top-10-luqdan sıxışdırıb çıxarmışdır.
Lakin Böyük Britaniyada yeni doğulmuş körpələrin valideynləri arasında bir çox valideynlər Oliviya, Sofiya, İzabella, Ava və Cessika kimi qız adlarına üstünlük verənlər də az deyil.
“The Daily mail” qəzetinin məlumatına görə, Kembric hersoqu və hersoginyası oğlanlarına Corc adı qoyduqdan sonra bu ad 2013-cü ilin 10 populyar uşaq adı siyahısına inamla daxil olacaqdır.
© AzərTAc