Azərbaycanda 420 minə yaxın yeni iş yeri açılıb
16.8.2013

Son altı ay ərzində 44 700 daimi iş yeri yaradılıb.

Son 4 il ərzində Azərbaycanda 420 minə yaxın yeni iş yeri yaradılıb.

2009-2013-cu illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar bu proqram çərçivəsində 2013-cü il iyulun 1-nə ölkədə 419,8 min yeni, o cümlədən 320 min daimi iş yeri açılıb, onların 58,7 mini, o cümlədən 44,7 min daimi iş yeri 2013-cü ilin birinci yarısında yaradılıb.

Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış iş yerlərinin 72,7%-i regionlarda, 95,5%-i qeyri-dövlət sektorunda açılıb.

Oxu.Az