Azərbaycan alpinistləri Qafqazın ən uca zirvələrindən birini fəth ediblər.
Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən verilən məlumata görə, Bakı vaxtı ilə saat 13:55-də aydın, lakin çox küləkli hava şəraitində alpinistlərimiz tam heyətlə Kazbek dağının zirvəsinə (5033 m.) çıxıblar.
“Meteoroloji stansiyadan zirvəyə yürüş 6 saat 30 dəqiqə çəkib. Alpinistlərimiz özlərini əla hiss edirlər. Hamıya salamlarını göndərir və enişə başlayırlar” - deyə, federasiyadan bildirilib.
Məlumat üçün deyək ki, AAF-ın “İrbis” klubunun üzvləri hələ avqustun 10-da Kazbek zirvəsinə müvəffəqiyyətlə qalxmışdılar.
Gün.Az