Rumıniyalı şahzadə İrina Uolker və əri Con Uesli Uolker həbs ediliblər.
Krallıq ailəsi ABŞ-ın Oreqon ştatında xoruz döyüşləri təşkil etdikləri üçün saxlanılıblar.
Məlum olduğu kimi, Amerikanın bütün ştatlarında xoruz döyüşdürmək qadağandır. Şahzadə və əri isə xoruz döyüşləri təşkil etdikləri və Morrouda yerləşən rançolarında qumar oynadıqları üçün həbs ediliblər. Polisin təhqiqatına görə, 2012-ci ilin aprel ayından bu ilin aprelinə qədər onlarla xoruz döyüşü təşkil edilib. Onlardan hər biri gündə 2 min dollar gəlir gətirib.
Xatirladaq ki, 60 yaşlı İrina Uolker Rumıniyanın sonuncu kralının qızıdır.
publika.az