“Qış vaxtı” sərgisi
27.12.2011

Muzey mərkəzi tamaşaçılarına “Qış vaxtı” vernisajını təqdim edir. Ekspozisiyada 38 müəllifin işlərini görmək olar –Bəyim Hacıyeva, Marqarita Kərimova-Sokolova, İrina Eldarova, Ənvər Əskərov, Mayıs Əliyev, Əmrulla İsrafilov, Teymur və Mahmud Rüstəmovlar, Emin Əskərov, Anar Hüseynzadə, Məmməd Rəşidov, Vüqar Əli, Gündüz Ağayev və başqaları.
Sərginin kuratoru, Muzey mərkəzinin direktoru Liana Vəzirovadır.