Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Misirə səyahəti və turist səfərlərinin təşkilini tövsiyə etmir
16.8.2013

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının bu ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən Misirə turist səfərlərinin təşkilini tövsiyə etmir.

Turizm şirkətləri Misirə səfərlə bağlı aparılan bütün rəsmiləşdirmə işlərinin dayandırılmasına dair məlumatlandırılıb.

Misirdə vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək.

APA