Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyyə edilməsi üçün xüsusi təyyarə göndərib.
Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib.
Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, dünən Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb.
APA