Tələbatı nəzərə alaraq Gəncə-Bakı aviareysi sentyabrdan etibarən hər gün həyata keçiriləcək.
Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.
Onun sözlərinə görə, artıq təyyarə ilə Bakıya və əks istiqamətdə gedib-gələnlərin sayının artdığını nəzərə alaraq aidiyyəti qurumlara sözügedən istiqamətdə aviareyslərin gündəlik həyata keçirilməsi ilə bağlı müraciət edilib.
E.Vəliyev artıq müsbət cavab alındığını və sentyabr ayından uçuşların gündəlik olacağını bildirib.
Qeyd edək ki, hazırda Bakı-Gəncə və əks istiqamətdə aviareyslər həftənin 3,5 və bazar günləri olmaqla üç dəfə “Embrarer” təyyarəsi ilə həyata keçirilir. Bu istiqamətdə aviabiletin qiyməti 30 manatdır.
Gün.Az