“Sahə” filmi beynəlxalq qızıl mükafata namizədddir
27.12.2011

Azərbaycanın “Nərimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” (The Precinct) bədii filmi (ssenari müəllifi və rejissor İlqar Safat) ABŞ-dakı “2011 California Film Awards”ın qızıl mükafat nominantları sırasına daxil olub. “Nərimanfilm”dən verilən məlumata görə, məşhur yarışmada Azərbaycanla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Argentina və digər dövlətlərin kinematoqrafiya işləri də iştirak edəcək.
“2011 California Film Awards”in təntənəli mükafatlandırma mərasimi 2012-ci ilin yanvarın 28-də Kaliforniyanın San-Dieqo şəhərində olacaq. Bu mərasim zamanı “2011 California Film Awards”in bütün qaliblərinin adları acıqlanacaq.