114 yaşında filmə çəkildi, 117 yaşında siqareti tərgitdi
19.8.2013

Fransız Janna Kalmon Orlidə anadan olub. Eyfel qülləsi tikiləndə onun 14 yaşı olub. Həmin vaxtlar madam məşhur rəssam Van Qoqla tanış olub. 1988-ci ildə rəssamın 100 illiyində Janna onun haqqında demişdi: “O, çirkli idi, pis geyinmişdi və olduqca qaş-qabaqlı idi”.

85 yaşında Janna qılınc təlimi ilə məşğul olur. 100 yaşında isə ilk dəfə velosiped sürür. Kanna Kalmon 114 yaşında filmə çəkildi, 115 yaşında isə budunda əməliyyat keçirdi. 117 yaşında siqaret çəkməyi tərgitdi. Deyir ona görə yox ki özünü pis hiss edirmiş, sadəcə demək olar ki görmə qabiliyyətini itirmiş qadın hər dəfə siqaret çəkmək üçün icazə istəməkdən bezibmiş.

90 yaşında Jannanın bir dənə də varisi yox idi. O, 47 yaşlı hüquqşünas Raffri ilə müqavilə bağlayır. Belə ki, Raffri qadına on il ərzində hər ay pul ödəməli idi və qadın öləndən sonra evin sahibi olmalı idi. Lakin Raffri Jannaya 30 il ərzində pul ödədikdən sonra vəfat etdi. İndi onun dul xanımı qadını saxlayır. Madam Kalmon deyir: “Allah məni unudub. Üzümdə bir dənə də qırış yoxdur. Kinonu sevirəm. hələ 100 il qabaq mən artıq gənc deyildim”.

publika.az