Gəncə şəhəri 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilməsi üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqədəki iddiasını davam etdirir.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov AzərTAc-a demişdir ki, Gəncə müsabiqənin final mərhələsində Badajoz (İspaniya), Qalvay (Şimali İrlandiya), La Lagina (İspaniya), Varna (Bolqarıstan) və Vilnüs (Litva) şəhərləri ilə birlikdə mübarizə aparır.
Cənubi Qafqaz regionundan Tbilisi və Batumi şəhərləri müsabiqəni vaxtından əvvəl tərk etmişlər.
“Avropa gənclər paytaxtı” yarışmasının son turu 2016-cı il noyabr ayının 23-də Yunanıstanın Saloniki şəhərində keçiriləcəkdir.
AzərTac