“Qaraçıların kralı” öldü
19.8.2013

Türkiyədə özünü “bütün qaraçıların kralı” elan edən Rumıniya vətəndaşı Florin Çoaba 59 yaşında dünyasını dəyişib.

Çoaba avqustun 13-də ailəsi ilə birgə istirahətə gəldiyi Antalya şəhərində infarkdan keçinib.

Çoabanın ölümü barədə başqa heç nə məlum deyil. Rumın qaraçısının dəfn zamanı və yeri hələ müəyyən edilməyib. Rumıniya prezidenti Trayan Besesku Çoabanın ailəsinə şəxsən başsağlığı verib.

Çoaba 1954-cü ildə II Dünya müharibəsi illərində deportasiya olunan nüfuzlu qaraçı baronu ailəsində dünyaya gəlib. 1997-ci ildə atasının ölümündən sonra o, özünü “bütün qaraçıların kralı” elan edib. O, qaraçı ailələrini uşaqları məktəblərə qoymağa dair çağırışı ilə məşhurdur. “Kral” bununla qaraçıların yoxsulluğuna son qoyulacağına ümid edirdi. 2005-ci ildə Rumıniya parlamentinə keçirilən seçkilərdə namizədliyini irəli sürsə də seçilməyib.

Son siyahıyaalma statistikasına görə, Rumıniyada 600 mindən çox qaraçı yaşayır. Qeyri-rəsmi məlumatlara görə isə, onların sayı 2 milyon nəfərə çata bilər.

Gün.Az