Yaponiyanın cənub-qərbində yerləşən Kaqosima prefekturasındakı Sakuracima vulkanı püskürmüşdür. Vulkandan qalxan tüstünün hündürlüyü beş kilometrə çatmışdır.
Meteoroloqların bildirdiyinə görə, vulkanın püskürməsi avqustun 18-də, günün ikinci yarısında yerli vaxtla saat 16:31 dəqiqədə baş vermişdir. Vulkanın kraterdən atdığı böyük daşlar aydın görünmüşdür.
Vulkanın cənub-şərq hissəsində lava axınının uzunluğunun bir kilometrə çatdığı bildirİlir.
Video
AzərTac