Ən asan balerina topuzu necə yığılır?
Balerina topuzu həmişə aktual olan saç modellərindəndir. İlin istənilən mövsümündə həm idman üslubunda, həm də ki klassik geyimlərlə çox asan yığıla bilir.
Yayda tez-tez istifadə etdiyimiz balerina topuz modelini, eyni zamanda dünyanın ən tanınmış saç ustaları da 2013 dəbinə daxil edib. Balerina topuzuna əlavə edilən qaşlar, lentlər, nazik hörüklər yay saç dəbinin daha fərqli hala gətirdi. Bəs balarina topuzu necə yığılır?
Saçınız bir az uzundursa, sadə bir üsulla gözəl bir topuz yığa bilərsiniz. Saçınız uzundur və tellərinizi arxaya tökməkdən, atquyruğu yığmaqdan bezmisinizsə, bu sadə üsulla gözəl bir topuz yığa bilərsiniz. Yayda isti havalarda saçı yığmaq lazım gəlir. Əvvəlcə bir ədəd uzun corab götürürsünüz. Corab nə qədər qalın olsa, topuzunuz da o qədər dəbdəbəli və qabarıq görünəcək.
Corabı rezin hissəsindən başlayaraq qatlayın. Ayağınıza geyinib daha asanlıqla yumrulaya bilərsiniz. Ancaq arada çəkib sıxlaşdırmaq lazımdır. Saçın içərisinə qoyub, yığırıq. Saç düzümü hazırdır. Bu saç modeli xüsusən də trapez geyimlərdə çiyinləri və boynu ön plana çıxararaq daha cazibədar göstərir. Topuz modeli ilə uzun sallanan və halqa sırğalarlar taxa bilərsiniz. Gözlərə isə qalın layner çəkin.
Video
publika.az