Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “Meydan`s şou” televiziya rəqs müsabiqəsində iştirak edəcək.
Müsabiqə Gənclər və İdman Nazirliyinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) birgə təşkilatçılığı ilə avqust-oktyabrda Bakıda baş tutacaq.
Dövlət Bayrağı Meydanında keçiriləcək rəqs müsabiqəsində ATGTİ iki komanda ilə təmsil olunacaq. Onlardan birincisi ittifaqın ən böyük layihələrindən biri olan, “ASYOU Leaders” layihəsinin məzunlarından (iştirakçılarından) ibarət “Liderlik Məktəbi”, digəri isə “ASYOU Stars” komandası olacaq.
“Bizimlə rəqs et!” şüarı altında çıxış edəcək ATGTİ-nin komandasına qoşulmaq istəyənlər (http://atgti.az/offer/20130814091809322.html) keçidindən istifadə edərək, qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, ATGTİ komandalarına qeydiyyat avqustun 25-dək davam edəcək.
Gün.Az