Bakı Metropoliteni Azərbaycanda yeni dərs ilinin başlanacağı gündən - sentyabrın 16-dan etibarən qatarların hərəkəti arasında intervalın iki dəqiqəyədək azalmasını nəzərdə tutan payız-qış rejiminə keçəcəkdir.
Bakı Metropoliteninin mətbuat xidmətindən bildirilmişdir ki, hazırda qurumda qatarların hərəkəti yay rejiminə müvafiq olaraq həyata keçirilir. Qatarların hərəkəti arasında interval 3 dəqiqə təşkil edir.
Lakin sentyabrın 16-da yeni rejimə keçidlə əlaqədar olaraq hərəkət intervalı 2 dəqiqəyədək azalacaqdır.
© AzərTAc