Avqustun 20-də maestro Niyazinin doğum günü münasibətilə görkəmli sənətkarın mənzil-muzeyində “Açıq qapı” günü keçiriləcəkdir.
Mənzil-muzeydən bildirilmişdir ki, səhər muzeyin kollektivi Fəxri xiyabanda maestronun xatirəsini yad edəcək, məzarı önünə əklil qoyacaq, tər çiçəklər düzəcəkdir.
Gün ərzində mənzil-muzeydə Niyazinin musiqi bəstələdiyi filmlər nümayiş etdiriləcəkdir. Ziyarətçilərə maestronun şərəfli ömür yolu və çoxşaxəli yaradıcılığı haqqında məlumat veriləcəkdir.
© AzərTAc