Alimlər 12-18 yaş arası uşaqların üzərində qəribə təcrübə keçiriblər. Onlar uşaqlardan tələb ediblər ki, 8 saat yalnız özləri olsunlar, heç bir müasir avadanlıqdan (mobil telefon, internet və s. ) istifadə etməsinlər. Onlara hətta radio və televizor da qadağan edilirdi. Amma müxtəlif klassik oyunlara, məktub yazmağa, oxumağa, musiqi alətlərində ifaya, rəsm çəkməyə, əl işləri görməyə, oxumağa və gəzintiyə icazə verilib.
Təcrübəyə görə uşaqlar növbəti gün gedərək təcrübəni necə keçirdikləri barədə məlumat verməli idilər. Əgər hər hansı narahatlıq və ya gərginlik olsa, onlara nəzarət edən psixoloq tərcübəni dayandıracaqdı.
İlk baxışdan zərərsiz görünən bu təcrübənin nəticələri hər kəsi şok etdi. Belə ki, 68 könüllüdən yalnız üç nəfər- bir qız iki oğlan təcrübəni başa çatdıra bildilər. Uşaqlardan üçündə intihar fikirləri yarandı, beşində panik atak başladı. 27 nəfərdə ürək bulanması, baş fırlanması, qarın ağrısı başladı. Uşaqlardan hər biri qorxu və narahatlıq hiss edirdilər. Sonra onlara qaccetləri, telefonu, kompüteri göstərdikdə bütün bu simptomlar itdilər. Uşaqlar sevinərək sevimli oyunlarına geri döndülər. Təcrübəni başa çatdıran qəhrəman qız isə gündəliyində səkkiz saatı nə etdiyini yazdı. Yeniyetmələr səkkiz saatda bunları etmişdilər:
- Yemək bişirib yeyiblər
- Oxuyublar və ya oxumağa çalışıblar
- Məktəb tapşırığını ediblər
- Pəncərədən çölə baxıblar
- Mağaza və ya kafeyə gediblər
- Müxtəlif məntiqi tapmacaları həll ediblər
- Rəsm çəkiblər
- Çimiblər
- Otaqlarını yığışdırıblar
- İt və ya pişiklə oynayıblar
- Gimnastika ediblər
- Hisslərini kağızlara yazıblar
- Gitara və ya pianinoda çalıblar
- Üç nəfər şeir və ya hekayə yazıb
- Bir oğlan beş saat şəhərdə gəzib.
- Qız tikiş işi ilə məşğul olub
- Oğlanlardan biri attraksion parkına gedib
-
Təcrübədən sonra 14 yeniyetmə o dəqiqə sosial şəbəkəyə girib, 20 nəfər dostlarına mobil telefonla zəng ediblər, beş nəfər dostlarıgilə qonaq gedib. Digərləri isə televizoru yandırıb və ya kompüter oyunları oynamağa başlayıblar. Demək olar ki, uşaqların hamısı musiqi dinləyiblər.
publika.az