Azərbaycan paytaxtında “Nizami” Kino Mərkəzinin təntənəli açılışı keçirilib
28.12.2011

Bakıda “Nizami” Kino Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Kino Mərkəzinin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu hadisəni Azərbaycan kino tarixi üçün böyük hadisə kimi qiymətləndirib: “Bu gün bu möhtəşəm Kino Mərkəzin açılışını həyata keçiririk və bu kino bayramı hesab olunur. Sabahdan başlayaraq, Kino Mərkəzində filmlərin nümayişinə başlanılacaq. Hələlik, gün ərzində bir dəfə kino nümayiş etdiriləcək və bu sırada uşaq filmləri də olacaq. Ümumiyyətlə, bu cür addımlar Azərbaycan kinosunun gələcək inkişafına xidmət edir”.
Açılış mərasimindən sonra 3D formatında “Konan barbar” filmi nümayiş etdirilib.