Azərbaycan kinosunun böyük qəhrəmanları ilə yanaşı yaddaşlardan silinməyən kiçik obrazları da var.
Məşhur “Asif, Vasif, Ağasif” filminin balaca Asifini – Emil Pənahovu sizlərə təqdim edirik.
Hazırda rəqslə məşğul olan Emil ailəlidir. Xristian dinini qəbul edib.
Mələk adlı üç yaşlı qızı var. O, “Buta” rəqs ansamblının rəhbəridir. Filmə çəkilməyini xatırlayan Emil Asif obrazı üçün atasının ondan küsdüyünü deyib:
“Bir dəfə anam televizorda görüb ki, yeni film üçün balaca aktyor axtarılır. Anam qərara gəldi ki, atamdan xəbərsiz məni kinostudiyaya aparsın. Çünki atam bilsəydi, razılıq verməyəcəkdi. Məni kinostudiyaya bibim apardı. Filmin rejissoru Rasim İsmayılov gəlib, nə istədiyimizi soruşdu. Mən də çox susamışdım. Bibim film üçün gəldiyimizi deyəndə o, gecikdiyimizi bildirdi. Sonra üzünü mənə tutub soruşdu: “Adın nədir?”. Mən də rus dilində cavab verdim: “Menya zavut Emil i ya oçen xoçu pit”. (Adım Emildir və mən su içmək istəyirəm) Oradakı hərəkətlərim Rasim müəllimin xoşuna gəldi və məni filmə qəbul etdilər.
Çəkilişlər 6 ay çəkdi, premyera isə bir il sonra oldu. Hər şey yaxşı idi, tək ona təəssüflənirəm ki, atam həmin gün gəlmədi. Çünki məndən küsmüşdü. Iki il məni danışdırmadı”.
Axsam.az