İlqar Muradov sentyabrda konsert verəcək
21.8.2013

Əməkdar artist İlqar Muradov payız mövsümünə ciddi hazırlaşır.

Müğənni yeni mövsümdə albom çıxaracaq və solo konsert verəcək.

O, şair Zəlimxan Yaqubun və bəstəkar Sevda Məmmədlinin müəllifi olduğu mahnılardan ibarət SD-nin “Sir” adlanacağını bildirib.

İlqar Muradovun konserti sentyabrda Heydər Əliyev Sarayında baş tutacaq.

Əməkdar artist bunun üçün repertuarında dəyişikliklər etməklə məşğuldur.

Axsam.az