"YARAT" Müasir İncəsənət Məkanı "Participate` Bakı Pablik Art 2013" festivalı çərçivəsində amerikalı rəssam Mark Cenkinsin "Manimals" layihəsini, həmçinin Cenkinsin rəhbərlik etdiyi ustad dərslərdə tələbələrin "Animal Planet" kimi mövzularda şəhər mühiti üçün hazırladıqları müxtəlif layihələri təqdim edib.
Tədbirdə "YARAT!" Müasir İncəsənət Məkanının qurucusu Aida Mahmudova, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Amerikalı rəssam və onun tələbələrinin yaratdığı instalyasiyalar Bakı şəhərində Fəvvarələr Meydanında tamaşaçılara təqdim edilib.
Amerikalı rəssam Mark Cenkins bildirib: "Bizim layihə "Participate Bakı Pablik Art 2013" layihəsi çərçivəsində təşkil edilib. İki həftə ərzində mən gənc tələbələr üçün ustad dərsləri keçdim. Biz qablaşdırma plastırından incəsənət obyektləri yaradırdıq. Bizim hədəfimiz şəhər mühütü üçün maraqlı, öyrədici layihə hazıırlamaqdır".
Layihədə beş yeni başlayan gənc rəssam - Aysel Rəhimli, Səyirə Neymətova, Şərqiyyə Həsənova, Səbinə Nəcəfova, Nina Nərimanova iştirak edib. Onlar 10 iş təqdim ediblər. Layihəni kuratoru Nailə Allahverdiyevadır.
Layihənin iştirakçısı Aysel Rəhimli bildirib: "Biz layihə üzərində işlədiyimiz vaxt müxtəlif ideyalar fikirləşir, kreativ nəsə yaratmaq istəyirdik. Plastırdan instalyasiyalar yaratmağı öyrənmək asan və maraqlı idi. Deyə bilərəm ki, öz həyatımda bu layihədən daha maraqlı heç nə etməmişəm".
Layihənin iştirakçısı Səbinə Nəcəfova vurğulayıb: "Biz layihə üzərində işləməkdən böyük həzz aldıq. Mark Cenkinsonla işləmək öyrədici və maraqlı idi. Öz işlərimizlə biz göstərmək istəyirdik ki, heyvanların qayğısına qalmaq, onlara qarşı diqqətli və mərhəmətli olmaq lazımdır".
Mark Cenkins 1970-ci ildə ABŞ-ın Virciniya ştatının Feyrfaks şəhərində dünyaya gəlib. Amerikan sənətçisidir, dünyada dakt-teypdən hazırladığı küçə instalyasiyalarına görə məşhurdur.
Onun əsərləri "Time Out New York", "The Washington Post" və "The Endependent" kimi nəşrlər tərəfindən qeyd olunub. Dünyanın küçə incəsənəti barəsində olan ən məşhur bloqlarından biri Woostercollective.com Mark Cenkinsin işlərini xüsusən təhlil edib.
Rəssam habelə əsərlərini Birləşmiş Statların, Avropanın, Braziliyanın və Birləşmiş Krallığın qalereyalarında sərgilənir.
Cenkinsin layihələri başqalarını da dünyanın hər yerində "Scotch culture" inkişaf etdirməyə ruhlandırıb. Sənətçi fəal şəkildə yeni texnologiyalarını onlayn www.tapesculpture.org elektron səhifəsində irəli sürur və səfər etdiyi şəhərlərdə iş vaxtı efemer heykəllərin yaradılma prosesini öyrədir.
O, hazırda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayır.
Trend Life