Nyu-Yorkda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib
28.12.2011

Nyu-Yorkda Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Nyu-Yorkda fəaliyyət göstərən diaspora təşkilatları tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev çıxışında Azərbaycanın 20 il müstəqilliyi ərzində əldə etdiyi uğurlar və apardığı islahatlar haqqında geniş məlumat verib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin və ölkənin dünyada artan nüfuzunun nəticəsi olaraq, Azərbaycanın bu il BMT-nin mötəbər qurumu olan Təhlükəsizlik Şurasının 2012-2013 illər üçün üzvü seçildiyini, bunun yeni qələbə olduğunu bildirib.
Qeyd edək ki, A. Mehdiyev azərbaycanlıların həmrəylik günü münasibətilə Nyu-Yorkda geniş yayımlanan “Davidson radiosu”na da dəvət olunub. Bir saat davam edən verilişdə səfir Azərbaycan haqqında geniş məlumat verib.

APA