Sabah dəyişkən buludlu hava şəraiti gözlənilir
22.8.2013

Ölkə ərazisində nisbətən sərin hava şəraiti davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Avqustun 23-dən 25-dək iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bəzi saatlarda havada yaranan durğunluq insanlarda bürkü hissi yarada bilər.

Gün.Az