Rusiyanın tanınmış müğənnisi Bahh Tee Azərbaycana gələcək.
Müğənni avqustun 31-də “Sea Breeze”də konsert proqramı ilə çıxış edəcək.
Bu günə kimi 8 albomu işıq üzü görən Bahh Tee mahnılarını azərbaycanlı sevənləri üçün canlı səsləndirəcəyini bildirib.
Sənətçi “Big Love Show”un iştirakçısı və “Muz TV 2013”ün nominantlarından olub.
Qeyd edək ki, Bahh Tee kimi tanınan Bəxtiyar Əliyev əslən azərbaycanlıdır. O, Moskvada doğulub və yaşayıb.
Big.az