Gəncədən Bakıya gələnlərə şad xəbər
23.8.2013

Avqustun 27-dən Gəncə-Bakı aviareysi üzrə uçuşlar gündəlik həyata keçiriləcək.

Bu barədə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumata görə, artıq xeyli vaxtdır təyyarə ilə Bakıya və əks istiqamətə gedib-gələnlərin sayında yüksək artım müşahidə olunduğundan uçuşların gündəlik həyata keçirilməsinə qərar verilib.

Qeyd edək ki, hazırda həmin reysdə uçuşlar həftədə 2 dəfə həyata keçirilir.

xezerxeber.com