Gənc vokalçımız “Detskaya novaya volna” müsabiqəsində qonaq kimi iştirak etmişdir
23.8.2013

Ukraynada “Detskaya novaya volna” müsabiqəsi keçirilmişdir.

Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Yasin Həsənov müsabiqədə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qonaq kimi iştirak etmişdir.
Yasin Həsənov 2012-ci ildə Azərbaycanı bu müsabiqədə layiqincə təmsil etmiş və laureat adını qazanmışdır. Bu dəfə Yasin iştirakçı kimi deyil, balaca ulduz kimi çıxış etmişdir.

Gənc vokalçı müsabiqədə tanınmış italyan müğənnisi Alessandro Safina ilə bir səhnəni bölüşərək, “Luna tu” mahnısını oxumuşlar.

Alessandro Safina Yasin Həsənovun səsini çox bəyənmiş, hətta onunla birgə konsert vermək istədiyini bildirmişdir. O, həmçinin Azərbaycanın, gözəl Bakımızın vurğunu olduğunu söyləmişdir.

AzərTAc