Yası verilən qadın 13 gün sonra dirildi
26.8.2013

Amerika Birləşmiş Ştatlarında qəribə hadisə baş verib. 50 yaşlı qadın ölümündən 13 gün sonra xəstəxanada tapılıb.

Belə ki, 50 yaşlı Şarlon Ceksonun itkin düşməsi barədə ailə üzvləri polisə məlumat verib. 2 gün sonra polis onların evinin yaxınlığında torpağa basdırılmış qadın meyiti tapır. Meyitə baxış zamanı onun Şarlon olduğu təxmin edilir. Qadının ailə üzvləri meyitə baxırlar və onu Şarlona oxşadırlar. Beləliklə də, qadın torpağa tapşırılır və onun üçün yas mərasimi təşkil olunur. Lakin 13 gün sonra onun sağ-salamat olduğu məlum olur. Şarlon ruhu dispanserdə tapılır.

Polis isə tapılmış qadın meyitinin kimliyini araşdırır.

ANS PRESS