Sabah Bakıda 34 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq.
Havanın temperaturunun gecə 20-25, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir. Şimal küləyi əsəcək, küləyin sürəti gecə və səhər saniyədə arabir 16-18 metrədək güclənəcək.
Avqustun 26-27-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam saatlarında bəzi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.
ANS PRESS