“Google” 12 yaşlı uşağa mükafat verdi
26.8.2013

Dünyanın ən böyük virtual axtarış sistemlərindən biri olan “Google” isveçli 12 yaşlı uşağı 3 min dollar məbləğində pulla mükafatlandırıb.

Məlumata görə, Matias Cala adlı uşaq “Google”nin tərcümə sistemində dələduzların rahatlıqla istifadə edə biləcəyi bir xəta aşkarlayaraq bu barədə şirkəti məlumatlandırıb. Şirkət isə öz növbəsində Calanı mükafatlandırıb.

Kompüter proqramları ilə yaxından maraqlandığını deyən Matias Cala “Google” belə xətaları tapanlara mükafat verdiyindən bu istiqamətdə axtarışlara davam edəcəyini deyib.

ANS PRESS