Azərbaycanda keçiriləcək “Eurovision-2012”-nin konsepsiyası təsdiq olunub
29.12.2011

“Eurovision Mahnı Müsabiqəsi-2012”-nin konsepsiyası təsdiq olunub. Bu barədə “Eurovision Mahnı Müsabiqəsi-2012”-nin təşkilat komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, “Eurovision Mahnı Müsabiqəsi”nin konsepsiyası hər il ev sahibi ölkə tərəfindən yenilənərək buna uyğun şüar və simvol hazırlanır.
Ənənəvi olaraq şounun konsepsiyasını özündə əks etdirən şüar və simvol “Eurovision Mahnı Müsabiqəsi”nin əsas loqosuna əlavə edilir. Hər iki element müsabiqənin keçirildiyi ölkəyə aid olmaqla yanaşı, həm də “Eurovision” layihəsinin mahiyyətinə uyğun seçilməlidir.
Hazırda şüar və simvol üzərində son dizayn işləri aparılır və yaxın zamanlarda geniş ictimaiyyətə təqdim olunacaq.