Çimərlikdə qeyri-adi dəniz "əjdaha"sı tapıldı - FOTO
26.8.2013

İspaniyadakı çimərliklərdən birində 4 metr uzunluğu olan olan naməlum dəniz canlısı tapılıb. Bu canlıyla bərabər buynuzlar da taplıb, ancaq buynuzların hansı canlıya məxsus olması naməlumdur.

"Əjdaha"nın tapıldığı yerə dəniz faunasının mühafizəsini qurumunun mütəxəssisləri çağırılıb. Mütəxəsislər dəniz canlısının hüceyrələrindən nümunələr götürüblər. Ancaq onun hansı bioloji növə aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Elm adamları belə bir iddia irəli sürürlər ki, ola bilsin bu, ya dərinlik kralıdır (dəniz dibində yaşayan balıq, uzunluğu 5 metrə qədər çata bilir), ya da köpəkbalığının qalığıdır. Həm də ola bilər ki, balıq çürüyüb, ancaq gövdəsi bütöv qalıb.

Yaxın vaxtlarda potensial infeksiyanın qarşısının almaq üçün qəribə məxluq dondurulacaq.

Adətən, bütün bu cür "əjdaha"lar elmə məlum canlılar olur. Onların "şəxsiyyəti" müəyyənləşdirilərkən, aydın olur ki, ya çürüdüklərindən, ya xəstəlikdən və yaxud digər səbəblərdən bu canlılar qəribə forma alırlar.

ANN.Az