İlhamə Quliyeva "Uzundərə" oynadı - VİDEO
26.8.2013

Keçirdiyi ürək əməliyyatından sonra avqustun 25-ni özünün ikinci doğum günü elan edən Azərbaycanın xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli sənətkar İlhamə Quliyeva ötən gün dost məclisi düzənləyib.

Millət vəkilləri, ictimai-siyası xadimlərin, televiziya-radio işcilərinin, eləcə də ailə və sənət dostlarının əhatəsində xoş gününü bayram edən sənətkar yeni yaşında saysız-hesabsız hədiyyələrə, gül-çiçək yağışına qərq olunub.

Media mənsublarına çəkiliş aparmaq üçün məhdudiyyət qoyulsa da, əməkdaşımız prodüser Tolik və İlhamə xanımın mətbuat katibi Faiq Ələkbərlinin təşkilatçılığı ilə baş tutan məclisi işıqlandırmağa müvəffəq olub.

Ən maraqlı məqamlardan biri səbəbkarın “Talant” rəqs qrupunun üzvləri ilə birlikdə “Uzundərə” rəqsini oynaması olub. Gün ərzində həmin videogörüntünü izləmək imkanınız olacaq.

Möhtəşəm gecədə baş verənləri geniş fotosessiya ilə sizə təqdim edirik.

Milli.Az