Azərbaycan prezidenti İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2 dəfə artırılaraq “Xalq” fəxri adı üçün 100 (yüz) manat, “Əməkdar” fəxri adı üçün 60 (altmış) manat müəyyən edilib.
APA