Bakının ən uzun küçələrindən biri olan Həsən Əliyev küçəsi bir neçə günə təmirə bağlanacaq.
Bu barədə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Uzun müddətdir Həsən Əliyev küçəsində kommunikasiya xətlərinin çəkildiyini deyən P.Mürsəliyev bildirib ki, bu, həmin küçənin əsaslı təmir planının tərkib hissəsidir.
"Azəryolservis" rəsmisi qeyd edib ki, Həsən Əliyev küçəsinin indiyədək təmir edilməməsinin səbəbi əsaslı təmirə hazırlıq olub.
Artıq kommunikasiya xətləri yenilənib və hazırlıqlar başa çatıb. Yaxın günlərdə Həsən Əliyev küçəsində təmir başlayacaq.
ANS PRESS