110 yaşlı uşaq - FOTO
27.8.2013

Hindistanda yaşayan 14 yaşlı gənc 110 yaşlı qoca kimi görünür. Əli Hüseyn adlı uşaq nadir xəstəlikdən əziyyət çəkir.

Onun bədəni normaldan 8 dəfə sürətlə yaşlanır. "Progeria" adlı xəstəlik daha öncə onun 5 qardaşını itirməsi ilə nəticələnib. Bundan başqa xəstəlik onun ürəyinə və gözlərinə mənfi təsir edir, saçları çıxmır.

Bu xəstəlik dünyada cəmi 80 nəfərdə mövcuddur. Adətən bu xəstəliyin daşıyıcıları 14 yaşlarına belə çatmadan ölürlər.

ANS PRESS