Siyəzəndə futbol turniri keçirilib - FOTO
27.8.2013

Siyəzən rayon Gənclər və İdman İdarəsinin rayon icra hakimiyyəti ilə birgə təşkil etdiyi futbol üzrə rayon çempionatına yekun vurulub.

“Sağlam həyat tərzini seç!” devizi altında şəhər stadionunda keçirilən çempionatda şəhər və kənd bələdiyyələrinin 10 komandası iki yarımqrupda mübarizə aparıb. Yarışlarda ümumilikdə 200 gənc iştirak edib.

Çempionatın final qarşılaşmasında “Topaz” komandası “Dinamo” üzərində 1:0 hesabı ilə qələbə qazanaraq yarışın qalibi olub. III yeri isə “Gənclər 1989” komandası tutub.

Qalib gələn komandalar rayon Gənclər və İdman İdarəsinin kubok, medal və fəxri fərmanları ilə təltif olunublar.

Milli.Az