Sentyabrın 4-5-də Rusiyanın Çelyabinsk vilayətinin mərkəzində keçiriləcək Şəhər Günləri çərçivəsində vilayətin diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş fotosərgi açılacaqdır.
Sərgidə Bakı gecələrini, Azərbaycanın təbiətini, tarixini, mədəniyyətini və adət-ənənəsini əks etdirən 100 fotoşəkil nümayiş etdiriləcəkdir. Sərgiyə gələnlər, həmçinin Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə aid kitabla da tanış olacaqlar.
Xatırladaq ki, fotoşəkillər Çelyabinsk vilayətinin diyarşünaslıq muzeyinin direktoru Vladimir Boqdanovskinin iyulun ortalarında Azərbaycana səfəri zamanı çəkilmişdir.